image-qanunla-reklam
image-azturk

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir

image-lady-day-az

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir

Əsrlər boyu Azərbaycan və Türkiyə bir- birinə dəstək olmuş, ulu öndər Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət” olmuşlar. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik, bu nailiyyətlərlə fəxr edib,qürur hissi keşirmişik. O cümlədən Azərbaycan xalqının da uğurları,qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur.İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana münasibəti, dəstəyi bütün dünyaya bu iki dövlətin qardaşlığının əbədi olduğunu bir daha sübut etmiş oldu. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanı ədalətli mübarizəsində dəstəkləmiş, bizə siyasi və diplomatik dəstək göstərmişdir. Müharibənin başa çatıb sülhməramlıların bölgəyə yerləşdirilməsi gedişində də Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı aktual qalmışdı. Bu istər siyasi, istərsə də diplomatik müstəvidə davam etmişdir. Prezident İlham Əliyev çıxışında bildirmişdi ki, “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə- Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir”. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis Üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Qeyd edək ki, istər müharibə gedişində, istərsə də müharibədən sonrakı günlərdə Türkiyənin rəsmi dairələri ilə yanaşı, türk ictimaiyyətinin də Azərbaycan dövlətinə və xalqına dəstəyi yüksək olmuş, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qarşılanmışdır. İkinci Qarabağ müharibəsi gedişində və sonrasında Azərbaycan – Türkiyə münasibətləri xarici mətbuatda və müxtəlif ictimai dairələrdə ən cox müzakirə olunan məsələlərdən olmuşdur və tarixə “ Qardaşlıq nümunəsi” kimi qızıl hərflərlə həkk olunmuşdur.

Arıqova Şərqiyə,
Saatlı rayon Dəllər kənd V. Zeynalov adına orta məktəbin müəllimi


 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki