Yanvarın 12-də Qərbi Azərbaycan əyalətinin Üşnü mahalının dağlarında qar uçqunundan sonra itkin düşən alpinistlərin meyitləri tapılıb.
Qanunla.Az xəbər verir ki, bu barədə əyalətin Alpinizm Federasiyası məlumat yayıb.
Bildirilib ki, 6 günlük axtarışlardan sonra Rza Kayişi, Möhsün Əzizi və Məhəmməd Royanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.