image-qanunla-reklam
image-img_20211004_174751

Azərbaycanlı dostlarımıza demişik ki… – Xətibzadə

image-lady-day-az

Həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var.

Qanunla.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə deyib.

“İranın başqa bir ölkə ilə əlaqəsi hər hansı bir ölkə üçün təhdid deyil. Bakı ilə əlaqələrimizi danışıqlar yolu ilə davam etdirməliyik. Biz azərbaycanlı dostlarımıza əvvəldən demişik ki, İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. İran təhlükəsizliyini yaxşı təmin edə bilər, amma Azərbaycan da öhdəliklərini yerinə yetirməlidir”, – Xətibzadə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki