Azərbaycanın yunan-Roma güləşçisi, dünya və Avropa çempionu Eldəniz Əzizli növbəti dəfə İran çempionu olub.
Bu barədə idmançının özü bildirib:
“Bu ildən çıxış etdiyim Mazandaranın “Faza” komandası ilə İran çempionatında mübarizə apardım. Mən 2 görüş keçirdim. Sonda komandamız turnirin qalibi oldu”.
O, Tehranda klublararası dünya çempionatının baş tutmamasını isə belə əsaslandırıb:
“Pandemiyaya görə dünya çempionatı bu dəfə baş tutmadı. Xarici ölkələrin komandaları İrana gəlmədi”.
Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2019-cu illərdə də İran çempionu olub.