Qanunla.az: – Ermənistanda “National Geographic” üçün aparılan sənədli film çəkilişləri böyük etiraz yaradıb.
Belə ki, buna səbəb erməni prodüser Anna Zakaryanın sosial şəbəkədəki qalmaqal yaradan paylaşımı olub.
A.Zakaryanın iddialarına görə, çəkilişlər azərbaycanlı rejissor və aparıcı tərəfindən icra olunur. Bunun üçün Ermənistan Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidməti tərəfindən müvafiq icazələr də verilib.
A.Zakaryanın riyakar iddialarından bəlli olur ki, sənədli filmdə erməniləri qane etməyən tarixi həqiqətlərə də toxunulacaq.
Mənbə: Sputnik Ermənistan //oxu.az//