image-qanunla-reklam
image-samire-elsa

Azərbaycanlı tələbə bu təşkilatın vitse-prezidenti seçildi

image-lady-day-az

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycandakı Milli İdarə Heyətinin üzvü Samirə Səfərova 11-17 aprel 2021-ci il tarixlərində keçirilən Beynəlxalq Şura Toplantısında 20-dən çox ölkənin səsini toplayaraq, Beynəlxalq İdarə Heyətinin (BİH) akademik fəaliyyətlər üzrə vitse-prezidenti vəzifəsinə seçilib.

Qanunla.Az xəbər verir ki, BİH təşkilatın ali icra orqanıdır və BİH-in 8 üzvü Belçikanının Brüssel şəhərindəki ELSA-nın baş ofisində bir illik müddətə fəaliyyət göstərir.

Onların əsas işi üzv ölkələrdən verilən məlumatları toplamaq, onları müvafiq olaraq hazırlamaq, o cümlədən Ölkə və Şəhər qruplarının əlaqələndirilməsi və idarə edilməsidir. Həmçinin, BİH beynəlxalq təşkilatlar, firmalar, hökumətlər, digər gənclər assosiasiyaları və s. ilə peşəkar əməkdaşlığı həyata keçirir.

Bununla yanaşı, Samirə Səfərova Vəkillər Kollegiyası və ELSA Azərbaycanın təşəbbüsü ilə fəaliyyətə başlamış “ProDemos – Xalq üçün” təşkilatının İdarə Heyəti üzvüdür.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu uğur münasibətilə Samirə xanımı təbrik edib, Kollegiyanın hər zaman gənclərin yanında olduğunu bildirib.

Sonda Azərbaycan vəkilliyinin 100 illik yubileyinə həsr olunmuş markalar hədiyyə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki