İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.
Qanunla.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:00 radələrində Fatih rayonu Seyyid Ömər məhəlləsində baş verib.
Məlumata görə, Sırrıpaşa küçəsində idman zalına gələn Ceyhun Ələkbərova naməlum səbəbdən 2 nəfər atəş açıb. Açılan atəş nəticəsində Ələkbərov həyatını itirib, şübhəlilər isə hadisə yerindən qaçıblar. İşçilər dərhal polisə və sağlamlıq qruplarına vəziyyətlə bağlı məlumat veriblər.
Hadisə yerinə gələn polis araşdırmalara başlayıblar.