image-970_50
image-1627894560-trend_mehkeme_070721_4

Azərbaycanlılara işgəncə verən 2 erməniyə HÖKM OXUNDU

image-728_90

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

Qanunla.Az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarının ilk 10 ilini həbsxanada, digər hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki