image-qanunla-reklam
image-266674758_503518750896255_1238664505036577660_n

“Azəriqaz” İB-nin Qadın və İnkişaf Şurasının növbəti qadınlarla görüşü “104 operativ xidmət” şöbəsində baş tutub-FOTO

image-lady-day-az
Azəriqaz” İB-nin Qadın və İnkişaf Şurasının növbəti qadınlarla görüşü “104 operativ xidmət” şöbəsində baş tutub.Şöbəni rəisi Xalidə Şimşək Qadınlar Şurasının yaranması təşəbbüsünə dəstək verdiyi üçün Birliyin baş direktoru Ruslan Əliyevə təşəkkürünü bildirib.Xalidə Şimşək Birlikdə çoxsaylı xanım işçilərin çalışmalarını nəzərə alaraq Şuranın Birliyimizdə çalışan işçi qadınların iş,əmək və sosial məsələlərin həllində, hüquqlarının qorunması baxımından olduqca faydalı olacağına əmin olduğunu deyib. Şöbə rəisi ilə həmfikir olduğunu deyən Qadın və İnkişaf Şurasının sədri Gülnar Rəhimqızı əsas işlərinin qadın işçilərin problemlərini öyrənilməsi,aradan qaldırılması ilə əlaqədar təkliflərin hazırlanması və müvafiq qərarın qəbul olunması üçün Birliyin
rəhbərliyinə təqdim edilməsi olacağını bildirib.
Qadın və İnkişaf Şurasının müavini Aybəniz Paşayevada çıxışında Şuranın əhatə
dairəsinin genişlənməsi istiqamətində çalışacaqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.Respublikamızın qadın təşkilatları tərkibində qadın problemləri məsələləri ilə təşkil olunmuş tədbirlərdə yaxından iştirakımızla Birliyi təmsil edəcəklərini bildirib. Görüş çərçivəsində Şura tərəfindən qadın əməkdaşlarla fəaliyyətin tənzimlənməsi məqsədi ilə şöbəyə təyin olunmuş Lalə İsgəndərovanın təqdimatı da reallaşıb.
image-269000354_106104321939256_2374165873031984368_nimage-265237728_106104245272597_273515542490860180_nimage-268299098_106104341939254_3411131033507407184_nimage-269740674_106104205272601_198151153089892401_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki