image-qanunla-reklam
image-fb_img_1640015831372

“Azəriqaz” İB-nin Qadın və İnkişaf Şurasının növbəti qadınlarla görüşü oldu

image-lady-day-az

“Azəriqaz” İB-nin Qadın və İnkişaf Şurasının növbəti qadınlarla görüşü oldu.

BRQSD -nin rəis müavini Rəhim İbrahimov Qadın və İnkişaf Şurasının yaranması təşəbbüsünə dəstək verdiyi üçün Birliyin baş direktoru Ruslan Əliyevə təşəkkürünü bildirib. Rəhim İbrahimov Şuranın qadınların hüquqlarının qorunması, istedadlı xanımların əmək fəaliyyətinin stimullaşdırılması baxımından olduqca faydalı olacağına əmin olduğunu deyib. Departament rəis müavini ilə həmfikir olduğunu deyən Qadın və İnkişaf Şurasının sədri Gülnar Rəhimqızı hədəflərinin daha böyük olduğunu, Şuranın sosial müdafiəsi zəif olan qadın işçilərimizin problemlərinin öyrənilməsi təkliflərin hazırlanması və müvafiq qərar qəbul edilməsi üçün Birliyin rəhbərliyinə təqdim edilməsi istiqamətində çalışacaqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Görüş çərçivəsində Şura tərəfindən qadın əməkdaşlarla fəaliyyətin tənzimlənməsi məqsədi ilə BRQSD -nə təyin olunmuş Fidan Quluzadənin təqdimatı da reallaşıb.
Qadın və İnkişaf Şurasının şəhid və qazi ailələri üzrə məsul şəxs Təranə Agazadə Şura olaraq tez-tez şəhid ailələri və qazilərlə görüşlər keçiriləcəyinə ,onların qayğı və problemləri ilə maraqlanılacağına,əlamətdar bayram günlərində onları ziyarət edərək bacardığımız dəstəyi göstəriləcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki