SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun İsmayıllı rayonunda vətəndaş qəbulu keçiriləcək.
Qanunla.az xəbər verir ki, 21 fevral saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Ağsu və İsmayıllı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
“Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 070-244-58-20; 050-845-75-15) müraciət edə bilərlər”, – məlumatda deyilir.
