image-qanunla-reklam
image-5f92db33-55ac-3c38-9976-24ebd64fbc16_850

“Azəriqaz”ın sədri YAP-ın ərazi partiya təşkilatının sədri seçilib

image-lady-day-az

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının qurumdakı ərazi partiya təşkilatının hesabat yığıncağı keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə iştirak edib.

Tədbirin gündəliyində ərazi partiya təşkilatının VI qurultaydan sonrakı dövr ərzində fəaliyyəti, ərazi partiya təşkilatının sədr və müavininin seçilməsi olub.

İlkin olaraq ərazi partiya təşkilatının sədri Ruslan Əliyev hesabatla çıxış edib, görülən işlər barəsində ətraflı məlumat verib.

Həmçinin yığıncaqda məruzə xarakterli çıxışlar da edilib. İstehsalat Birliyinin Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin Mülki müdafiə qərargahının rəisi Əlibaba Bayramov, Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərovun çıxışı dinlənilib. Məruzəətrafı çıxışda ərazi partiya təşkilatının işi qənaətbəxş qiymətləndirilib.

Sonda R.Əliyev səsvermə yolu ilə ərazi partiya təşkilatının sədri, Əlibaba Bayramov isə sədr müavini seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki