image-qanunla-reklam
image-_rom4020-1

“Azərişıq” ASC-dən Laçın rayonunda minaya düşən əməkdaşı barədə AÇIQLAMA

image-lady-day-az

 

“Azərişıq” ASC noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan əməkdaşı barədə məlumat yayıb.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Azərişıq” ASC-nin əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir:

“Hadisədən dərhal sonar Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətitirilib və əməliyyat olununb. Təssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib”.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki