“Azərsığorta” ASC 10 filialını ləğv edib. Qanunla.az xəbər verir ki, “APA-Economics”in əldə etdiyi məlumata görə, ləğv edilən filiallar Şirvan, Lerik, Salyan, Saatlı, Nəsimi, Şabran, Qusar, Şamaxı, Qax, və İsmayıllı filiallarıdır.
Qeyd edilir ki, qərar Şirkətin İdarə Heyətinin 18 iyul 2022-ci il tarixli 23 saylı protokoluna əsasən verilib. Bununla bağlı iyulun 22-də idarə heyəti sədrinin müşaviri Murad Şirəliyevin adından filial rəhbərlərinə məktub göndərilib. Məktubda filialların ləğv edilməsinə səbəb kimi göstəricilərin aşağı olması və fəaliyyətin rentabelli olmaması göstərilir.