Avqustun 23-də koronavirusdan dünyasını dəyişdiyi deyilən AzTV-nin rejissoru Arzu Məmmədovanın yaxınları ölüm səbəbi kimi mətbuatda fərqli iddia ilə çıxış ediblər.
Yaxınlarının iddiasına görə, rejissor vaksin vurduqdan sonra vəfat edib.
Qanunla.Az xəbər verir ki, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Arzu Məmmədova 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət edib və peyvənd olunub.
“Daha sonra 23 avqust tarixində A.Məmmədovanın PCR testi müsbət nəticə olaraq qeydə alınıb. Heç bir ekspertiza rəyi olmadan vaksin olunduqdan 20 gün sonra baş verən ağırlaşmanı peyvəndlə əlaqələndirmək doğru deyil”, – məlumatda bildirilib.