image-qanunla-reklam
image-sirac-aztv

AzTV və Azərtac-ın əməkdaşları Kəlbəcərdə həlak oldular – Video

image-lady-day-az

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

AzTV-dən Qanunla.Aza verilən məlumata görə, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!” – AzTV-nin yaydığı başsağlığında qeyd olunub.

AzTV hadisə ilə bağlı süjet yayıb.

Bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb.

Hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, nəqliyyat vasitəsinin sürücüsü və kənd sakini yaralanıb.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki