Neftçala rayonunda azyaşlı dənizdə boğularaq ölüb.
Bu barədə Qanunla.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Şirvanlı kəndində, dənizdə (“Neftçala” sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə) bir nəfər azyaşlının batması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən azyaşlının meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.