Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonunda 310 saylı uşaq bağçasında tərbiyəçi-müəllim tərəfindən azyaşlı uşaqların təhqirə məruz qalması ilə bağlı görüntülər yayılıb.
Qanunla.Az xəbər verir ki, məsələ ilə bağlı Baku TV-yə danışan görüntüləri ictimailəşdirən xanım həmin bağçada uşaqların hər gün döyüldüyünü bildirib:
“Mən 2005-ci ildən burada yaşayıram. Hər gün görürəm ki, uşaqları yatana yaxın vəhşi kimi döyürlər. Birinci müdiri də bu məsələyə görə işdən çıxarıblar”.
Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçi-müəllim də görüntülərin həqiqəti əks etdirdiyini deyib:
“Belə bir şey etmişəm. Əsəblərimi cilovlaya bilmədim. Mənə qarşı haqsızlıq edildi”.