image-970_50
image-kocaryan

Bakı bunu edəcək, biz isə savaşdan qaçmaq üçün… – Köçəryan

image-728_90

Yeni müharibə təhdidi ilə xalq növbəti sənədin imzalanması, ərazi güzəştləri ilə barışır. Bu, xəyanət kimi yox, xilas kimi qəbul ediləcək. Bu, planlaşdırılmış məğlubiyyət texnologiyasıdır.

Qanunla.Az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. O, Arazdəyəndəki (Yerasx) hadisələrdən sonra Ermənistanda hər kəsin digər problemləri unutduğunu bildirib.

Köçəryan Arazdəyəndə baş verənləri müharibə və müharibədən sonrakı dönəmdə olanların məntiqi davamı kimi xarakterizə edib:

“Biz göstərdik ki, artıq dişimiz yoxdur və dövlətin müqavimət göstərmək arzusu mövcud deyil. Nəticədə Azərbaycan öz gündəmini irəlilədəcək”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki