image-970_50
image-mersedes-qeza-1

Bakı-Ələt yolunda ağır qəzalar: 8 yaralı

image-suni_mayalanma_qiymeti

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib. Hər iki qəzada ümumilikdə 8 nəfər xəsarət alıb.

Bu barədə Qanunla.Az-a Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, baş verən ilk qəza nəticəsində KTM-ə beş yaralı gətirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki