image-qanunla-reklam
image-whatsapp-sekil-2024-11-25-saat-180244_4fce1b10jpg-1732864204

Bakı məktəbində “Özünüifadə Sənəti” layihəsinə start verildi

image-lady-day-az

Bakı şəhəri 31 nömrəli tam orta məktəbində gənclərin təhsil və gələcək karyeralarında uğur qazanması üçün vacib olan “Özünüifadə Sənəti” layihəsinə start verilib.

Qanunla.az xəbər verir ki, layihə çərçivəsində 14-15 yaşlı 24 şagird üçün 80 akademik saatlıq dərsdənkənar təlimlər keçiriləcək.

Təlimləri karyera inkişafı üzrə ekspert Fərhad Abdulov və gənc aktyor Fərid Bağırov aparılacaq. Layihə rəhbəri Zülfiyyə Rəsulova bildirir ki, yaradıcı metodlar vasitəsilə gənclərin özünüifadə bacarıqlarını inkişaf etdirmək layihədə əsas məqsəddir.

Təlimlərdə şagirdlər özünütanıma, bədən dili, emosiyaların ifadəsi, təqdimat və ünsiyyət bacarıqları kimi təhsil və karyera inkişafı üçün vacib olan əsas bacarıqları öyrənəcək, eyni zamanda liderlik və komanda daxilində effektiv işləmə qabiliyyətlərini də gücləndirəcəklər.

Layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində “Öndə Gənclər” İctimai Birliyi və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə həyata keçirilir.

Bakıvaxtı.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki