image-qanunla-reklam
image-ararat_mirzoyan

Bakı Rusiyanın variantını rədd etdi – Mirzoyan

image-lady-day-az

Qarabağ məsələsinin həllinin rus variantı Azərbaycan tərəfindən rədd edildi.

Qanunla.Az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında müzakirələr zamanı deyib.

“Rusiyanın nizamlanma variantında Qarabağın statusu məsələsinin sonraya saxlanılması, Qərb isə Qarabağı Azərbaycanın tərkibində saxlamağı təklif edir – bu bəyanatlar reallığı tam əks etdirmir.

Vəziyyət belədir: status məsələsinin həllinin ləngiməsini nəzərdə tutan rus variantı müzakirə olunsa da, Azərbaycan tərəfindən rədd edilib.

İndi tərəflər Qarabağın (erməni) əhalisinin hüquq və təhlükəsizliyi probleminin həlli üçün beynəlxalq mexanizmlərin yaradılmasını nəzərdə tutan variant üzərində danışıqlar aparır”, – Mirzoyan bildirib.

Onun iddiasına görə, bu mexanizmlər “Xankəndi” (Qarabağın erməni icması nəzərdə tutulur – red.) və Bakı arasında birbaşa dialoq yolu ilə həyata keçirilməlidir.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri İrəvan və Bakının xırda məsələlər üzrə qarşılıqlı məqbul düsturlar tapdığını, lakin gələcək sülh müqaviləsinin əsas müddəaları üzrə mövqeləri hələ də yaxınlaşdırmaq mümkün olmadığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki