image-qanunla-reklam
image-dsc_7206

Bakı Şəhəri üzrə Təhsil İdarəsi şagirdlərdən sağlamlıq haqqında arayışın tələb olunmasına aydınlıq gətirdi

image-lady-day-az

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakıdakı məktəblərdə şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdarədən bildirilib ki, Bakı məktəblərində COVID-19 virusuna yoluxan və ya koronavirus xəstəsi ilə yaxın təmasda olan şagirdlərdən Gigiyena və Epidemiologiya Mərkəzinin tələblərinə uyğun olaraq, məktəb rəhbərliyi tərəfindən sağlamlıq haqqında arayış tələb olunur:

“Onu da qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəblərdə uşaqlardan arayış tələb olunması ilə bağlı məlumat yayılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki