image-qanunla-reklam
image-1738055441612709369_1200x630

Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etməyə ehtiyac var

image-lady-day-az

Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etməyə ehtiyac var.

Prezident cənab İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edərək Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafının müzakirə edilməsinin təsadüfi olmadığını, buna zəruri ehtiyac duyulduğunu bildirib. Cənab Prezident son illər ərzində bu istiqamətdə bir çox işlər görüldüyünü, böyük infrastruktur layihələrinin icra edildiyini, lakin buna baxmayaraq Bakı şəhərində yenə də tıxacların müşahidə olunduğunu və onun sayının ildən-ilə artdığını vurğulayıb. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanda nəqliyyat məsələləri həmişə diqqət mərkəzində saxlanılıb və son 15 ildə Bakı şəhərində bir sıra mühüm layihələr reallaşdırılıb, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb: “Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik”. Müşavirədə son illər ərzində ölkədə bir sıra nəqliyyat layihələrinin uğurla icra edildiyini – kənd, şəhərlərarası və magistral yolların salındığını vurğulayan Prezident cənab İlham Əliyev qeyd edib ki, illər keçdikcə əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi: “Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi, təqribən, 85–90 ­faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq”.

Qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi ilə müşahidə olunan XXI əsr milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafına öz təsirini göstərir. Qlobal məkanda baş verən sosial-iqtisadi proseslər, bütövlükdə, milli təsərrüfatların, eləcə də ayrı-ayrı sahələrin qarşısında müəyyən vəzifələr qoyur ki, onların uğurla gerçəkləşdirilməsi nəqliyyatın iştirakı olmadan təsəvvür edilmir. Sərnişindaşımanın yaxşılaşdırılması, yollarda tıxacların azaldılması, şəhərin ekoloji vəziyyətinin yüngülləşdirilməsi və dövlət investisiyalarının səmərəliliyinin artırılması ilə bağlı dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq “Bakı şəhərinin mobilliyinin transformasiyası” layihəsinə başlanılıb və layihənin koordinasiyasının ölkə rəhbərinin müvafiq fərmanı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən həyata keçirilir.

Ziya Nağıyev Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin işçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki