Bakıda əqli qüsurlu qız itkin düşüb.
“Qanunla.az” xəbər verir ki, ötən gün saat 15:30 radələrində Xətai rayonu S.Əhmədov küçəsində yaşayan M.Həsənova 37-ci Polis Şöbəsinə müraciət edərək bu barədə məlumat verib.
O bildirib ki, birgə yaşadığı əqli qüsurlu, 15 yaşlı qızı Ş.Allahverdiyeva sentyabrın 15-i saat 10:30-da yaşadığı ünvandan çıxaraq itkin düşüb.
Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.