image-qanunla-reklam
image-1558764980-fehle

Bakıda 21 yaşlı fəhlə faciəli şəkildə ÖLDÜ

image-lady-day-az

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Nərimanov rayon prokurorluğundan “Qanunla.az”a verilən məlumata görə, mayın 30-u saat 12 radələrində Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən olunub ki, “Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki