Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanunla.Az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Ramana qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Məmmədova Zoya İldırım qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.