image-970_50
image-1620766044-29498855-83b8-32d4-88f9-44ad7a837081_850

Bakıda 48 yaşlı kişi bıçaqlandı

image-728_90

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Qanunla.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində 1973-cü il təvəllüdlü Hacıyev Məhəmmədəli İsgəndər oğlu tanışı ilə mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun qarın boşluğunun ön divarında bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki