image-qanunla-reklam
image-korpe

Bakıda 6 kq çəkidə körpə doğuldu – Foto

image-lady-day-az

Bakıda yanvar ayının 10-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız dünyaya gəlib.

KTM-dən Qanunla.az-a verilən məlumata görə, təbii doğuşla hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub.

Qeyd olunub ki, müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Məlumata görə, hazırda körpənin vəziyyəti orta-ağır, ananın vəziyyəti isə stabil qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki