Bakıda anbarda yanğın olub.
Bu barədə Qanunla.Az–a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonunda yanğın nəticəsində ümumi sahəsi 1600 m² olan anbarın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları, şüşə-pambıqdan ibarət divar üzlüyü və içərisinə yığılmış istifadəyə yararsız taxta məmulatları 216 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.