Bakının Yasamal rayonunda “BakuBus”a məxsus avtobus piyadanı vurub.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Qanunla.Az-a bildirib ki, hadisə kənar dairəvi yolda qeydə alınıb:
“211 nömrəli marşrut xətti üzrə avtobus hərəkətdə olan zaman bir nəfər piyada müəyyən olunmayan yerdən keçərkən qəfil avtobusun qarşısında çıxıb. Hadisə nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alan olmasa da, təəssüf ki, piyada həyatını itirib”
BNA rəsmisi həmçinin, piyadalara mürəciət edib:
“Bildirmək istərdim ki, piyada keçidi olmayan yerlərdən keçməsinlər. Sürət həddi yüksək olan yollarda son dərəcə diqqətli olsunlar”.