Bakıda minik avtomobilindən oğurluq edilib.
DİN-in Mətbuat Xidmətindən Qanunla.Az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə fevralın 1-də Cavadxan küçəsində yerləşən avtoyuma məntəqələrinin birində “Toyota” markalı bir avtomobildən 4500 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş A.Muradov saxlanılıb.