image-970_50
image-1631346510_84e4e4e3fd5590b6185aff96ec788614-1

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı təlimləri KEÇİRİLƏCƏK

image-728_90

Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

Bu barədə Qanunla.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

“Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki