image-qanunla-reklam
image-67b9a836f39907dd4c8adc1ebc9e858e

Bakıda baltalı hücum edib 50 ağacı məhv etdilər – FOTOLAR

image-lady-day-az

“Vialon” MMC əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsindəki şəxsi mülkiyyətə əlibaltalı hücum edib, orada bir neçə gün əvvəl əkilmiş 50-yə yaxın şam ağacını baltalayıb, kökündən çıxarıblar.

Qanunla.Az xəbər verir ki, mülkiyyət sahibləri baş verən özbaşınalıq, qanunsuzluqla bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət etməklə ağacları məhv edən “Vialon” MMC barəsində tədbir görülməsini istəyiblər.

Azərbaycanın ən müxtəlif rayonlarında, Bakı və ətraf qəsəbələrdə COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləşmoblar keçirilib. Bu aksiyalara Bakı sakinləri Ramin Ağayev, Ofelya Hacıyeva da qoşulublar.

Sakinlər özlərinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 23 saylı ünvanda, 14,5 sot torpaq sahəsində 50-dən çox Eldar şamı əkmişdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki