Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanunla.Az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində ər, arvad və 2 övladları (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Qəza zamanı xəsarət alan azyaşlılardan biri – 2008-ci il təvəllüdlü Məhərrəmli Səid İftixar oğlunun kimliyi müəyyən olunub.
Hadisənin təfərrüatı araşdırılır.