Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 800 m² olan birmərtəbəli, mansarda tipli obyektin (hər birinin sahəsi 400 m², 1-ci mərtəbəsi market, mansardası çayxana) mansardasında lambirindən ibarət tavan 225 m² sahədə və taxta konstruksiyadan ibarət vitrin 5 m² sahədə yanıb.
Nazirlikdən “Qanunla.az”a bildirilib ki, obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.