image-qanunla-reklam
image-59acde4887b4d_hamilea

Bakıda DƏHŞƏT: Hamilə qadın intihara cəhd etdi, körpəsi öldü

image-lady-day-az

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub. 

“Qanunla.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədidə, Xocasən qəsəbəsində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Fidan Quliyeva (şərti ad-soyad) yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qadının həyatını xilas etmək mümkün olub.

Məlumata görə, intihara cəhd edən F.Quliyeva 7 aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən uşaq ana bətnində tələf olub.

Hazırda faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki