image-qanunla-reklam
image-1626244880-1589266444emeliyyat

Bakıda əməliyyat olunmağa girən kişi narkozdan ÖLDÜ

image-lady-day-az

Bakı şəhəri, Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölüm hadisəsi baş verib.

Qanunla.Az xəbər verir ki, bu barədə “Report”a ölən şəxsin oğlu Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, atası 56 yaşlı Həsənağa Həsənov həkim səhlənkarlığı nəticəsində vəfat edib:

“Dünən atam səhər öd daşı əməliyyatına girməli idi. Əməliyyat öncəsi bütün analizləri verdik, hər şey normal idi. Deyə-gülə əməliyyata saldıq. Heç 10 dəqiqə keçməmiş ölüm xəbəri gəldi”.

V.Hüseynovun iddiasına görə, atası narkozun çox verilməsi səbəbindən vəfat edib:

“Narkoz verən həkimin adı da Esmiradır. Hadisədən sonra prokurorluq əməkdaşları gəldi, meyit yarıldı və ekspertiza edildi. Cavabın nə zaman çıxacağını bilmirik”.

Həkim Əziz Mərdiyev bildirib ki, o, xəstəni əməliyyat etməyib:

“Əməliyyat otağına girdim ki, xəstə qaralıb, narkoz stolunda ölüb. Mən heç bir müdaxilə etməmişəm. Narkozdan sonra trombdan vəfat edib. Meyit ekspertiza tərəfindən müayinə olunub. Ölüm səbəbini onlar dəqiqləşdirəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki