Avqustun 12-i saat 09 radələrində paytaxtın Nərimanov rayonu, M.Araz 92 ünvanında 1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.
“Qanunla.az” xəbər verir ki, faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.