Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.
Qanunla.Az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Zabrat qəsəbəsində, 2004-cü il təvəllüdlü Əliyev Valeh Habil oğlu iti alətlə vurulub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boğaz nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.