image-qanunla-reklam
image-1688979120_1529312665_1515660113_maxresdefault

Bakıda hava iqlim normasından 8 dərəcə yuxarı olub

image-lady-day-az

İyulun 9-da Bakıda iqlim normasından 8.0 dərəcə yuxarı olub.

Bu barədə “Qanunla.az”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 40 dərəcəyədək isti, aran rayonlarında 42 dərəcəyədək isti, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Həmçinin iyulun 10-u saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Balakən, Gədəbəy, Daşkəsən, Gəncədə 5 mm-dək olub.

Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöl, Bərdə, Naftalanda 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki