image-qanunla-reklam
image-baku-bus-qeza

Bakıda iki avtobus toqquşdu: xəsarət alanlar var

image-lady-day-az

Bakıda avtobus qəzası baş verib.

Qanunla.Âz xəbər verir ki, hadisə metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.

36 və 38 saylı marşrut avtobuslarının toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər şəxs (qadın cinsli) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Nərimanov rayonu, Müzəffər Nərimanov və Xəlil Rza Ulutürk küçələrinin kəsişməsi, Ziya Bünyadov prospekti istiqamətində baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki