Bakıda qətl hadisəsi törədilib.
Qanunla.Az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Lökbatan qəsəbəsində iki qardaş – 1998-ci il təvəllüdlü Kamil Məhəmməd oğlu Cəfərov və 2001-ci il təvəllüdlü Samir Məhəmməd oğlu Cəfərov mübahisə zəminində bıçaqlanıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, beş bıçaq xəsarəti alan K.Cəfərovun həyatını xilas etmək mümkün oilmayıb.
Faktla bağlı araşdırma aparılır.