image-qanunla-reklam
image-kafe-dava

Bakıda kafeyə basqın: Dəmiri başına çırpıb, qarət etdi

image-lady-day-az

Bakıda kafeyə basqın olub.

Daxili İşlər Nazirliyindən Qanunla.Az-a verilən məlumata görə, hadisə yanvarın 23-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.

Kafelərin birinə daxil olan naməlum şəxsin gözətçiyə dəmir parçası ilə xəsarət yetirərək onu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Məhərrəmov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki