image-qanunla-reklam
image-foto1

Bakıda “Made in Uzbekistan” milli sərgisi başlayır – FOTO

image-lady-day-az

15-17 dekabr tarixlərində Xətai rayonu, Xəqani Rüstəmov küçəsi 4 ünvanında yerləşən “Baku Marriott Hotel Boulevard” otelində “Made in Uzbekistan” universal Özbəkistan məhsulları sərgisinin rəsmi açılışı baş tutacaq.

Özbəkistan Respublikasının İnvestisiyalar və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi agentliyi Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə ənənəvi olaraq “Made in Uzbekistan” brendi altında milli pavilyon təşkil edir.

Pavilyonda Özbəkistanın 80-dən artıq tekstil, dəri və ayaqqabı, ipək, qida, kimya, elektrotexnika, əczaçılıq, metallurgiya, tikinti, mebel və maşınqayırma sənayesi istehsalçıları təmsil olunacaq. Bununla yanaşı, özbək xalqının şərab mədəniyyəti, turizm potensialı və xalq tətbiqi sənət nümunələri təqdim olunacaq.

Azərbaycanda dövlət səviyyəsində iki ölkə arasında ticari-iqtisadi əlaqələrin effektiv inkişafı üçün vacib amil kimi keyfiyyətli Özbəkistan məhsullarının çoxsənayeli sərgilərinin təşkilinə xüsusi əhəmiyyət verilir.

Sərginin əsas məqsədi Özbəkistanın istehsal potensialı ilə geniş tanışlıq, Özbəkistan məhsullarının təbliği və Özbəkistan və Azərbaycan işgüzar dairələri arasında əlaqələrin inkişaf etdirilməsindən ibarətdir.

İştirakçıların qarşısına qoyduğu vəzifələri məhsuldar şəkildə yerinə yetirməsi üçün işgüzar görüşlər, təqdimatlar, mətbuat konfransları və digər tədbirlər keçiriləcək.

Azərbaycan biznes icmasının nümayəndələri dekabrın 16-sı saat 10:30-da başlayacaq B2B formatında işgüzar görüşlərə dəvət olunur. Yazılmaq üçün 050 388 57 65 telefon nömrəsi ilə Murokon Umataliyevə müraciət etmək mümkündür.

Qonaqlar üçün maraqlı mədəni-tanıdıcı tədbirlər, o cümlədən milli özbək yeməklərinin dequstasiyası təşkil olunacaq.

“Made in Uzbekistan” sərgisi bütün iştirakçılara yeni işgüzar əlaqələrin qurulması və ixrac-idxal potensialının inkişaf etdirilməsi üçün mükəmməl imkan tanıyacaq.

Sərgiyə giriş və B2B formatında görüşlərdə iştirak PULSUZDUR!!!

Birinci gün (15 dekabr)

10:55-11:40 Made in Uzbekistan Milli Sərgisinin açılış mərasimi və rəsmilərin açılış nitqi (“BAKU MARRIOTT HOTEL BOULEVARD” oteli)

 

11:40-12:10 Rəsmilərin stendlərə baxışı
12:10-12:30 Viktorina (hədiyyə oyunu ilə):

Azərbaycan və özbək xalqı üçün ümumi məsələləri əks etdirən mövzularda tematik müsabiqələr

12:30-13:30 Tədbir qonaqları və iştirakçılarına bayram plovunun paylanması
13:30-

13:50

Özbəkistan Respublikasının turizm potensialı və xalq tətbiqi sənət nümunələrinin təqdimatı:

Özbəkistan Respublikası Turizm və İdman Nazirliyi yanında “Milli PR Mərkəzi” DUM

“Xunarmand” Assosiasiyası

13:50-

14:30

İştirakçıların təqdimatı (elektrotexnika sənayesi):

“Uzeltexsanoat “ Assosiasiyası

“ENDLESS AURORA” MMC

“TOSHKENT METALLOKONSTRUKSIYA” MMC

“AKFA ENGINEERING AND MANAGEMENT” MMC

14:30-

16:20

İştirakçıların təqdimatı (yüngül sənaye):

“Uzçarmsanoat” Assosiasiyası

“Uzbekipaksanoat” Assosiasiyası

“Xorazm Pilla Xolding” MMC

“Uztekstilprom” Assosiasiyası

“HT Xolding Home Textile” MMC

“Xо’jabod Fazo” MMC

“Quva Tekstil” MMC

16:20-18:00 İştirakçıların təqdimatı (qida sənayesi):

Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

“GLOBAL EXPORT COMPANY” MMC

“OCARD” MMC

“SHIRIN ASAL FOOD” MMC

“NMEDOV” MMC

Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi

“QOQONBIYOKIMYO” SC

“Xovreno nomidagi Samarkand vino kombinati” SC

“ASL OYNA” MMC

İkinci gün (16 dekabr)

09:00-09:40 Made in Uzbekistan Milli Məhsul Sərgisi (“BAKU MARRIOTT HOTEL BOULEVARD” oteli)

 

09:40-10:30 İştirakçıların təqdimatı (tikinti sənayesi):

“Uzpromstroymaterialı” Assosiasiyası

“JIZZAKH BASALT GROUP” MMC

“Lyuks granit” MMC

“Ideal Plast Manufactory” MMC

“MEHMASH” MMC

10:30-

10:50

 Made in Uzbekistan” sərgisi çərçivəsində В2В görüşlərə qeydiyyat
(“BAKU MARRIOTT HOTEL BOULEVARD” oteli)
10:50-

11:00

İşgüzar görüş iştirakçılarının açılış nitqi
11:00-13:00 B2B formatında işgüzar görüşlərin keçirilməsi
13:00-14:00 Tədbir qonaqları və iştirakçılarına bayram plovunun paylanması
14:00-14:20 Viktorina (hədiyyə oyunu ilə):

Azərbaycan və özbək xalqı üçün ümumi məsələləri əks etdirən mövzularda tematik müsabiqələr.

14:20-15:40 İştirakçıların təqdimatı (kimya və əczaçılıq sənayesi):

“Uzkimyosanoat” SC

Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi

“NIKA FARM” MMC

“DENTAFILL PLYUS” MMC

“REMEDY GROUP” BM MMC

“JURABEK LABORATORIES” MMC

“Aziya Immunopreparat” MMC

15:40-

16:40

İştirakçıların təqdimatı (maşınqayırma sənayesi): 

“Uzavtosanoat” SC

“Səmərqənd Avtomobil Zavodu” BM MMC

“TАТ” MMC

“UZ TRUCK AND BUS MOTORS” BM MMC

“Cizak Avtomobil Zavodu” MMC

“UzAutoTrailer” MMC

“ÇZST” SC (Çirçik Kənd Təsərrüfatı Texnikası Zavodu)

16:40-

18:00

İştirakçıların təqdimatı (mebel və metallurgiya sənayesi):

Özbəkistan Mebel və Ağac Emalı Sənayesi Müəssisələrinin Assosiasiyası

“Aiko Rottan” MMC

“AVAN SELLING GROUP” MMC

“Daşkənd Metallurgiya Zavodu” MMC

Üçüncü gün (17 dekabr)

10:00-18:00 Made in Uzbekistan Milli Məhsul Sərgisi BAKU MARRIOTT HOTEL BOULEVARD” oteli)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki