image-970_50
image-general-oglu1

Bakıda marketdə şou göstərən qovulan generalın oğlu imiş

image-728_90

Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salaraq, bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşan general oğlu imiş.

Qanunla.Az xəbər verir ki, saxlanan Bakı şəhər sakini Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.

Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.

Bu hadisədən sonra general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.

Qeyd edək ki, marketdə sözügedən əməli törədən R.Orucov və Xəyalə Vəliyeva peşman olduqlarını bildirərək, üzr istəyiblər və dəyən ziyanı ödəyiblər.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki