image-qanunla-reklam
image-1621405017-surucu-e1578565646750

Bakıda maşın oğurlayıb Qubaya getmək istəyən şəxs saxlanıldı

image-lady-day-az

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə dekabrın 13-də saat 9 radələrində Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birindən qəsəbə sakini V.Vəliyevə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. 

DİN-dən Qanunla.Az-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmış və avtomobil həmin gün saat 16 radələrində Bakı-Quba yolundakı postda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.

Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü, Beyləqan rayon sakini Musa Tağıyevin və sərnişini, Abşeron rayon sakini Elnur Hüseynovun narkotik vasitə qəbul etmələri də müəyyən edilmişdir. Onlar saxlanılaraq Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə təhvil verilmişlər. Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki