Xəbər verdiyimiz kimi, paytaxt məktəbliləri arasında dava oldu. Şagirdlərdən biri digərinə xəsarət yetirdi. İddiaya görə hadisəyə 10-cu sinif şagirdlərindən birnin digərinə söyüş söyməsi səbəb olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sector müdiri Bəşarət Məmmədov qeyd edib ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.
TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 15 yaşlı oğlana ilkin tibbi xidmət göstərilib və hər iki əlin kəsilmiş yarası diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Musavat.com xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: