image-970_50
image-neft_deyr

Bakıda neft quyularından 592 min dollarlıq oğurluq…

image-728_90

Bakıda neft quyularından oğurluq edilib.

Bu barədə Qanunla.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 ABŞ dolları dəyərində mühərrik və generatorun hissələrini oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki