image-qanunla-reklam
image-1654409083-1047622_-1

Bakıda oğru götürdüyü televizorla birgə özünü 5-ci mərtəbədən yerə ATDI

image-lady-day-az

Bakıda oğurluqda şübhəli bilinən kişi özünü yaşayış binasının 5-ci mərtəbəsindən yerə atıb.

Qanunla.Az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. 1980-ci il təvəllüdlü Məcidov Nofəl Namaz oğlu Faiq Yusubov küçəsində yaşayış binasından televizor oğurlamaq istəyərkən qonşular onu görüb. N.Məcidov televizorla birgə özünü 5-ci mərtəbədən yerə atıb.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki